Bu gün jurnalist Sirac Abışovun Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmasından 1 il ötür. Bu haqda Sumqayıt24 xəbər verir.
4 iyun saat 11 radələrində AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olublar.
Sirac Abışov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 1996-cı ildə Çingiz Mustafayev adına Sumqayıt şəhər 40 saylı tam orta məktəbə qəbul olmuş, 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2019-cu ildən AzTV-də işləməyə başlamışdır.
Jurnalistimizin adına Türkiyədə xüsusi mükafat təsis olunub. Bundan əlavə Abışov “Sərhədsiz Reportyorlar” Təşkilatının (SRT) qətlə yetirilən media təmsilçilərinin siyahısına daxil olunub.