Sumqayıtda 1700 abonentin qazı kəsiləcək.
Sumqayit24.az Azəriqaz İB Sumqayıt QİS-ə istinadən xəbər verir ki, sızma aşkarlanan qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar "Stansiya Sumqayıt" yaşayış massivində yaşayan abonentlərin qaz təchizatında bu gün saat 11:30-dan etibarən müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi bildirilir.