Bakıda və Sumqayıt şəhərinin də yerləşdiyi Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Sumqayit24.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 1, 2-1. 3 dəfə artıqdır.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan bildirilib ki, müşahidə edilən toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.