Sumqayıtda təhlükə saçan transformator var. Bu məsələ ilə bağlı bu gün, 26 may tarixində Sumqayıt24-ə oxucular müraciət edib.
Sözügedən transformator Çerkassı küçəsi, 76-cı məhəllə ərazisində yerləşir. Sakinlərin sözlərinə görə, onun üzərində olan elektrik ötürücüləri 100-dən çox heyvanın ölümünə səbəb olub.
“Transformatorun üstündə olan ötürücülərə dəyərək 100-dən çox yazıq pişik və quş ölüb, bir neçə sakin isə xəsarət alıb. Bunun qarşısını almaq məqsədilə hər hansı tədbirin görülməsini istəyirik”, - deyə sakinlər bildirib.