Ceyranbatan qəsəbəsindən olan şəxs 2-ci dəfə "Greencard"-ın qalibi olub. Sumqayıt24 bu haqda bu gün, 11 may tarixində Azxeber.com-a istinadən xəbər verir.
Söhbət 26 yaşlı Fəda Nəsirlidən gedir. Ən maraqlısı odur ki, bu şəxs ilk dəfə “Greencard” qalibi olduğunu gec öyrəndiyi üçün ABŞ-a gedə bilməyib: “2017-ci ildə ilk dəfə müraciət etmişdim. Müraciətimi tam xatırlamırdım. Əgər xatırlasaydım, bu məsələdə daha məsuliyyətli davranardım. Təbii ki, çox pis oldum, xəbərsiz olduğuma görə bu fürsəti qaçırtdım. Amma bunu da bir qismət kimi qəbul edirəm.”
“Hazırda yenidən qalib gəlmisiniz. Bu dəfə gedib orada yaşamağı düşünürsünüz?”, - sualına isə, gəncimiz bu fürsəti dəyərləndirməyi planlaşdırdığını söyləyib.
Qeyd edək ki, “Greencard” ABŞ-da qanuni olaraq daimi yaşamaq və işləmək hüququnu təsdiq edən sənəddir.