top
Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu
23 sentyabr 2026, 12:01
- ↺ +

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

Məlumata görə, 1988-ci il təvəllüdlü Zamiq İsgəndərova (şərti ad) açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi "Tos Oil" yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.

Z.İsgəndərov həyat yoldaşına niyə süfrə açmadığını dedikdə "get özün hazırla", - cavabını alıb. Nəticədə qanlı cinayət  baş verib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini etiraf edib və ona cəza təyin edilməməsini xahiş edib:

"Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəlib. Uşaqlar həyətdə oynayırdı. Zamiq nə üçün səhər yeməyi hazırlamadığını soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atam evinə, Gədəbəyə getməyimi istədi.

Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək "Gəlin qızınızı aparın", - dedi. Atam da onunla telefonda razılaşdı. Daha sonra övladım Fatmayı kəndində məktəbə getdiyinə görə atamgilə getməkdən imtina etdi. Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara bildirdim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi və Mehdiabada paltar almağa getməyimə icazə vermədi və "heç yana getməyəcəksən. Paltarı sabah gedib Gədəbəydə alarsan" dedi. Mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq "getmə, getsən səni vuracam", - deyə bildirdi.

Ona dedim ki, "Qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər də qorxmuram". Bu zaman Zamiq uşaqları həyətə göndərdi. Dediklərimi təkrar etdirdi, mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım .Zamiq bıçağı gizlətdi ki, uşaqlar birdən evə gələrlər və soyuq silahı görərlər.

O, məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar bizi gördülər və onlar da maşına əyləşdilər. Zamiq, uşaqlar və tanımadığım taksi sürücüsü ilə bir yerdə xəstəxanaya çatmaq üçün yola çıxdıq. Yolda, Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq".

Bildirilib ki, hadisədən sonra Zamiq İsgəndərov həbs edilib.

Məhkəmə tərəflərin barışdığını, övladlarını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Mənbə:Qafqazinfo.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər