top
DYP piyadalara müraciət etdi
Bu gün, 09:51
- +

DYP piyadalara müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qaydalarla bağlı piyadalara müraciət edib.

Sumqayit24.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Qeyd olunub ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir:

"Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.

Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır.

Xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir. Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.

Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
Dünən, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
Dünən, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
Dünən, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Dünən, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Dünən, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Dünən, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Dünən, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Dünən, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü - VİDEO

Bütün xəbərlər
Dünən, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Dünən, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Dünən, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Dünən, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Dünən, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
21 sentyabr 2026, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
21 sentyabr 2026, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
21 sentyabr 2026, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

Oxşar xəbərlər