Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Bu barədə Sumqayit24.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeyd edilib ki, ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bundan başqa, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.