Sumqayıtda deputat Müşfiq Məmmədli növbəti vətəndaş qəbulunu keçirib. Bu məlumatı o, öz Facebook səhifəsində paylaşıb.
Görüş YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil edilib. Burada vətəndaşlar fərdi qaydada qəbul edilib. Onlar tərəfindən kommunal, işlə təminat, sağlamlıq və digər mövzularla bağlı müraciətlər səsləndirilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, qalan hissəsi isə həll olunması üçün aidiyyəti qurumlara göndərilib.