top
FHN-dən əhaliyə MÜRACİƏT
14 aprel 2025, 03:29
- ↺ +

FHN-dən əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Sumqayit24.az xəbər verir ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli və güclü olacağı, dağ çaylarında sel və daşqınlar baş verəcəyi, şimşək çaxacağı, bəzi ərazilərdə isə güclü külək əsəcəyi proqnozlaşdırılır.

"Məlum hava şəraiti ilə əlaqədar, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün belə ərazilərdən uzaq durmaq, təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur", – müraciətdə qeyd olunub.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

"Güclü küləyin yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğunu nəzərə almalıdırlar".

Nazirlikdən bildirilib ki, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətlərinə, ildırımötürücülərə, navalça və antenalara yaxınlaşmamaq, hündür ağacların altında sığınmamaq, bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək lazımdır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
Bu gün, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
Bu gün, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
Bu gün, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Bu gün, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Dünən, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Oxşar xəbərlər