Sumqayıt Musiqi Kollecində konsert keçirilib. Bu haqda bu gün, 20 may tarixində Sumqayıt24 sosial şəbəkələrə istinadən xəbər verir.
Məlumata əsasən, tədbir S. Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri tərəfindən təşkil edilib. Məktəblilər Montinin "Çardaş", A. Bəbirovun "Prelüdiya skertso", P.Çaykovskinin "Qədim fransız rəqsi”, A.Məlikovun "Sehirli xalat " k/f-dən mahnı və digər musiqi əsərləri səsləndiriblər.