Sumqayıt-Quba, Saatlı-Sumqayıt və Beyləqan-Sumqayıt şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Sumqayit24.az-a bu barədə Yolüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, sənədlər 10 dekabr saat 17:00-dək sözügedən qurumda qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən dekabrın 15-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.