top
Sumqayıtda 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya…
Bu gün, 15:30
- ↺ +

Sumqayıtda 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur".

Məlumata görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, proses çərçivəsində ümumilikdə 40-a yaxın binanın sökülməsi, təxminən 1 500 mənzilin isə bu tədbirləri əhatə etməsi gözlənilir:

"İlkin mərhələdə 21-ci və 29-cu məhəllələr, 2-ci mikrorayon 17-ci məhəllə və 5-ci məhəllədə yerləşən Kimyaçılar yaşayış massivindəki qəzalı binaların sökülməsi planlaşdırılır. Növbəti mərhələlərdə digər ərazilərdə də işlərin davam etdirilməsi nəzərdə tutulur. Artıq söküntü prosesinə daxil ediləcək binalarda inventarizasiya işləri aparılıb.

Mənzillərə görə ödəniləcək kompensasiyanın məbləği də sakinləri maraqlandıran əsas məsələlərdəndir. İlkin müzakirələrdə hər kvadratmetr üçün 1500-2000 manat aralığında rəqəmlər səsləndirilsə də, yekun məbləğin mənzilin yerləşdiyi ərazi və digər amillərdən asılı olaraq dəyişməsi mümkündür".

AQC sədri əlavə edib ki, Sumqayıtda nəzərdə tutulan söküntü və yenidənqurma işləri şəhərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu proses yalnız köhnə yaşayış fondunun yenilənməsi deyil, həm də şəhərsalma infrastrukturunun müasirləşdirilməsi, torpaq resurslarından daha səmərəli istifadə və müasir yaşayış mühitinin yaradılması üçün yeni imkanlar formalaşdırır.

Sumqayıtın Bakıdan sonra ölkənin əsas yaşayış və iqtisadi mərkəzlərindən biri olması bu layihələrin əhəmiyyətini daha da artırır. Qəzalı binaların yerində müasir yaşayış komplekslərinin inşası, ərazilərin abadlaşdırılması və infrastrukturun yenilənməsi şəhərin memarlıq görünüşündə ciddi dəyişikliklərə səbəb ola bilər".

Mənbə: Baku.ws

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:40

Prezidentlərin diqqətini çəkən XTQ zabiti sumqayıtlı imiş

Bütün xəbərlər
Bu gün, 15:00

"Universitetimiz bu göstərici ilə Azərbaycanda birincidir"- SDU-nun rektoru ilə müsahibə

Bütün xəbərlər
Bu gün, 14:30

Sumqayıtda sabah hava necə keçəcək?

İdman
Bu gün, 14:00

"Sumqayıt"ın kapitanı Pakistan millisində

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda bu küçələr təmir olunacaq - SİYAHI

Bütün xəbərlər
Bu gün, 12:40

Polad Həşimovun anasının vəziyyəti son durumu - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 12:00

Pirşağı-Novxanı-Xırdalan-M-4 yolu ilə bağlı gözlənti: Nəqliyyat sıxlığı azalacaq

İdman
Bu gün, 11:47

Sumqayıtlı cüdoçular dünya birinciliyinə hazırlaşırlar

Bütün xəbərlər
Bu gün, 11:10

Sumqayıt məhkəməsində 646 min manatı leqallaşdırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 10:35

Sarayda tıxacı daha da ağırlaşdıran parklanma

İdman
Bu gün, 09:55

"Sumqayıt" növbəti turda "Sabah"ı qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda qəza - maşın dirəyə çırpıldı

Bütün xəbərlər
Dünən, 18:19

Sürücülərin nəzərinə - Novxanıda yol bağlanıb

Bütün xəbərlər
Dünən, 17:19

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda yaşayan tanınmış aktyor 70 yaşında vəfat edib

İdman
Dünən, 16:19

Sumqayıtlı gənc idmançılar CÜDONUN VƏTƏNİNDƏ

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıta sabah da yağış yağacaq

Kriminal
Dünən, 14:19

Sumqayıtda gənc bıçaqlandı - 50 YAŞLI KİŞİ TUTULDU

Bütün xəbərlər
Dünən, 13:13

Diqqətli olun, ChatGPT sizdən xəbərsiz bu məlumatları toplayır

Bütün xəbərlər
Dünən, 12:13

Sumqayıtda maşın külə döndü - SÜRÜCÜ SON ANDA XİLAS OLDU

Bütün xəbərlər
Dünən, 12:09

Azərbaycanda məktəblilərin payız tətili başlayır

Bütün xəbərlər
Dünən, 11:09

Bu institut Saraya köçürülə bilər

Bütün xəbərlər
Dünən, 10:09

Sumqayıtda məktəbin yerinə bina tikiləcək?

Oxşar xəbərlər