Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti müşahidə olunur.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın minimal temperaturu 14 dərəcəyədək isti qeydə alınıb. Fasilələrlə müşahidə olunan yağıntılı hava şəraiti gündüz saatlarında kəsilib.