Kahramanmaraş zəlzələsindən sonra Türkiyəyə yardım etmək üçün hərəkətə keçən azərbaycanlı Sərvər Bəşirlinin görüntüsü bu dəfə sənət əsəri kimi diqqət çəkib.
Çoxlarının artıq görən kimi tanıdığı qırmızı "VAZ" markalı maşınına müxtəlif yardım ləvazimatları yığaraq yola düşən Sərvərin milyonların yaddaşında qalan fotosu parça qırıntılarından istifadə edilməklə, yapışdırma texnikası əsasında hazırlanıb.
Aydın Yalçınkayanın əməyi ilə ərsəyə gələn portret Antalya Hava Limanında sərgilənir.
Qeyd edək ki, Sərvər Bəşirli Ceyranbatan qəsəbə sakinidir.