Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) başçısı Zakir Fərəcov növbəti dəfə vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda İH-in rəsmi saytına istinadən xəbər verir.
Bu səfər səyyar qəbul-görüş 10-cu mikrorayon ərazisində təşkil edilib. İcra başçısı vətəndaşların təklif, müraciət və şikayətlərini dinləyib. Onları gileyləndirən problemlərin bir qismi yerindəcə həll edilib, digərlərinin isə araşdırılaraq çözülməsi üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.