top
İncəsənət məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək
06 avqust 2026, 12:00
- +

İncəsənət məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək

Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək.

Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd olunub ki, avqustun 8-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək.

İmtahan iki növbədə təşkil olunur və saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra binaya gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İştirakçılar "Yaddaş kitabçası" ilə buradan tanış ola bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- imtahana buraxılış vərəqəsi.

İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2 saatdır.

Direktor və direktor müavinlərinin işə qəbulu imtahanında namizədlərin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktlar, pedaqogika və pedaqoji psixologiya, məntiqi düşünmə və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Namizədlərə müvafiq normativ hüquqi aktlar üzrə 50, pedaqogika və pedaqoji psixologiya üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 15 və ümumi dünyagörüşü üzrə 20 qapalı tipli tapşırığı təqdim olunur (ümumilikdə 100 qapalı tipli tapşırıq).

Müəllimlərin işə qəbulu imtahanında namizədlərin müvafiq sahə üzrə ("Musiqi", "Təsviri sənət", "Xoreoqrafiya") ixtisas bilikləri, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Musiqi istiqamətində ixtisas bilikləri üzrə tapşırıqlar namizədlərin ixtisaslarından asılı olaraq "Milli musiqi" və "Klassik musiqi" istiqamətində təqdim olunur. Namizədlərə ixtisas bilikləri üzrə 40, pedaqogika və pedaqoji psixologiya üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 və ümumi dünyagörüşü üzrə 10 qapalı tipli tapşırıq təqdim olunur (ümumilikdə 70 qapalı tipli tapşırıq).

Hər test tapşırığı üzrə doğru cavab 1 balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahan kompüterlər vasitəsilə Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda 4 saylı tam orta məktəbdə təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1350 namizəd (121 nəfər direktor, direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 15 zal administratoru, 89 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (görmə məhdudiyyətli) namizəd də iştirak edəcək. Bu namizədlərin rahat şəkildə imtahan verməsi üçün zalda müvafiq şərait yaradılıb, tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Dünən, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Oxşar xəbərlər