top
Jurnalistikaya qəbul olunmaq istəyənlərin nəzərinə!
24 iyul 2026, 12:37
- +

Jurnalistikaya qəbul olunmaq istəyənlərin nəzərinə!

Üçüncü ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb.

 

Sumqayit24.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, ümumi balı azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə azı 100 olan abituriyentlər iyulun 24-dən 27-dək (saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçə bilərlər.

 

Tələbə qəbulu elanının "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyaya aid olan və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur. Həmin bölmənin 4-cü bəndində göstərilən kateqoriyaya aid olan abituriyentlərin isə hamısı qabiliyyət imtahanında dövlət hesabına iştirak edəcək.

 

Digər abituriyentlər qeydiyyat üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər. Qabiliyyət imtahanında iştirakçılar təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirəcəklər.

 

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Bu ildən etibarən inşalar elektron formada yazılacaq. Yeniliyin abituriyentlərə fikirlərini daha oxunaqlı və səliqəli şəkildə təqdim etmək, mətni zərurət yarandıqda rahat redaktə etmək və ayrılan vaxtdan daha səmərəli istifadə etmək imkanı yaradacağı qeyd olunur.

 

Qeyd olunub ki, bu dəyişiklik qiymətləndirmə prosesinin daha effektiv təşkilinə, əl yazısının oxunması ilə bağlı çətinliklərin aradan qaldırılmasına və qiymətləndiricilərin diqqətini işin məzmununa yönəltməsinə şərait yaradacaq.

 

Həmçinin imtahanın müddəti 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək.

 

Qabiliyyət imtahanı mərhələsini uğurla başa vuran abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.

 

Abituriyentlərə təqdim olunacaq inşa mövzuları və esse yazısına dair tələblərlə DİM-in rəsmi internet səhifəsində Azərbaycan və rus dillərində tanış olmaq mümkündür.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Oxşar xəbərlər