Ceyranbatan qəsəbə Uşaq İncəsənət məktəbinin kamança ansamblı Laureat adına layiq görülüb. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Sözügedən ansambl Çexiya-Litva-Qazaxıstan "New Vision Contest" Beynəlxalq vokal-instrumental yarışmasında işirak edib. Nəticədə onlar 1-ci dərəcəli Laureat adını qazanıb.
Ansamblın üzvləri Elvin Həsənzadə, Roza Məmmədova, Xəyal Musazadə, Aydan Şıxəliyeva və Səma Əbdülhüseynlidir. Ansamblı nağarada məktəbin şagirdi Vüsal Mərdəliyev müşaiyət edib.