Corat təkcə Sumqayıtın ən qədim yaşayış məntəqələrindən biri deyil, həm də maraqlı tarixi ilə seçilən bir məkandır.
Rəvayətlərə görə, "Corat" sözünün mənası "cəsarət", "igidlik" deməkdir.
Deyilənə görə, vaxtilə burada Corat qalası yerləşib və onun müdafiəçiləri düşmənlərə qarşı qəhrəmanlıqla vuruşaraq yaşayış məntəqəsini qoruyublar.
Yerli sakinlərin sözlərinə görə, qədim dövrlərdə bu ərazidən qiymətli daşlar, ipək və digər mallar daşıyan ticarət karvanları keçib. Yüklər əsasən dəvələrlə daşınırdı. Hətta Coratda bir vaxtlar dəvə yetişdirildiyi, alınıb-satıldığı, onların ətindən də istifadə olunduğu bildirilir.
Corat təkcə tarixi ilə deyil, həm də mətbəxi ilə məşhurdur. Burada hazırlanan Corat qutabı Sumqayıtın ən sevilən və ən dadlı qutablarından biri hesab olunur. Bu ləziz təamı dadmaq üçün Corata üz tutanların sayı az deyil.
Bəs siz, Corat qutabını sevirsiniz?