top
Kolleclərə ixtisas seçimi başlayıb
03 avqust 2026, 11:20
- +

Kolleclərə ixtisas seçimi başlayıb

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3 – 9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri"ndə ödənişsiz kömək göstərilir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtlı gəncə ABŞ şirkətindən mühüm vəzifə verildi

İdman
Dünən, 18:50

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

Bütün xəbərlər
Dünən, 17:53

İstirahət günü Sumqayıtda plan quranların nəzərinə

Bütün xəbərlər
Dünən, 17:01

Sumqayıtda ipoteka vədi ilə 12 min manat aldı, "Topaz"da uduzdu

Bütün xəbərlər
Dünən, 16:41

Sumqayıt parkında yaşıllıq əvəzinə qurumuş ağaclar…

Bütün xəbərlər
Dünən, 15:57

Sumqayıta güclü külək "gəlir" - Sürəti 20 m/s-dək olacaq

Bütün xəbərlər
Dünən, 14:11

İki övladını Vətənə əmanət edən şəhid müəllim-zabitimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:08

Saray körpüsündə işıqlar iş vaxtını "səhv salıb"

Bütün xəbərlər
Dünən, 11:11

Sumqayıtın öz nəqliyyat kartı olacaq? - Açıqlama

Bütün xəbərlər
Dünən, 10:35

Metrodan istifadə edən sumqayıtlıların nəzərinə - "28 May" və "Nizami" stansiyaları arasında hərəkət dayandırılıb

Bütün xəbərlər
Dünən, 09:35

Sumqayıtda 6 maşın toqquşdu - Günah kimdədir?

Bütün xəbərlər
Dünən, 09:10

Bu gün çimərliyə getmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
14 avqust 2026, 18:30

Bir baxışda keçilməz görünür, amma... - Sumqayıtda qeyri-adi "keçid"

Bütün xəbərlər
14 avqust 2026, 18:00

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
14 avqust 2026, 17:55

Sumqayıtda kafe yanıb

Bütün xəbərlər
14 avqust 2026, 17:30

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Bütün xəbərlər
14 avqust 2026, 17:18

4-cü məhəllədə yaşıllıqlar qanunsuz KƏSİLİB

Bütün xəbərlər
14 avqust 2026, 17:00

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək

Bütün xəbərlər
14 avqust 2026, 16:30

Bu ilin 7 ayında 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bütün xəbərlər
14 avqust 2026, 16:00

WhatsApp-da yeni dələduzluq üsulu

Bütün xəbərlər
14 avqust 2026, 15:30

Sumqayıt xəstəxanasında valideynlərdən tibbi ləvazimat tələb olunur? - İDDİA

Bütün xəbərlər
14 avqust 2026, 15:00

Novxanıda kirayədə qalan kişinin meyiti tapılıb

İdman
14 avqust 2026, 14:30

Sumqayıtlı gənc cüdoçu Ekvadora yollanır

Bütün xəbərlər
14 avqust 2026, 14:00

Sumqayıta sabah yağış yağa bilər

Oxşar xəbərlər