Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3 metrdir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.