Sumqayıt Dövlət Dram Teatrının Əməkdar artisti Namis Şirməmmədovun 60 illik yubileyi keçirilib. Sumqayıt24 bu haqda bu gün, 6 aprel tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin mükafatçısı mədəniyyət sahəsində uzun müddətli səmərli fəaliyyəti ilə əlaqədar Mədəniyyət İdarəsinin Fəxri fərmanı ilə təltif olunub.
Namis Şirməmmədov 1962-ci il, aprelin 3-də anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. 1997-ci ildə yenidən Sumqayıt Teatrına qayıdıb və bu günüdək orada çalışır.