Sumqayıt şəhər 31 nömrəli məktəbinin şagirdi olimpiadada yüksək nailiyyət əldə edib. Bu haqda 18 mart tarixində Sumqayıt24 xəbər verir.
Tədris ocağının şagirdi Qurban Ramazanlı Filippin Beynəlxalq Riyaziyyat və Elm Olimpiadasının qızıl medalına layiq görülüb. Məktəbliyə medal və diplom təqdim olunub.