Sumqayıt Dövlət Rəsm Qalereyasında “Sumqayıt narkomaniyaya yox deyir” adlı maarifləndirici sərgi-tədbir keçirilib. Bu haqda 9 aprel tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə peşə liseyinin müəllim və tələbələri, qalereyanın əməkdaşları, məktəblilər iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın gənclər və yeniyetmələr arasında yayılma təhlükəsindən danışıb, uşaqlara pis vərdişlərdən uzaq olmalarını, öz asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə ediblər.
Sonda sərgiyə baxış keçirilib, məktəblilərə fəxri fərmanlar təqdim olunub.