İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Sənaye Parkında 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Sənaye Parkının rezidentlərinin əməkdaşlarının iştirak etdiyi aksiya çərçivəsində parkın ərazisində 300-dək ağac əkilib.
Tədbirin keçirilməsində məqsəd Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda, ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək olub.