top
Mərhum artistin həyat yoldaşı: Sumqayıt teatrından başqa onu heç bir teatr yada salmadı
01 dekabr 2025, 15:52
- +

Mərhum artistin həyat yoldaşı: "Sumqayıt teatrından başqa onu heç bir teatr yada salmadı"

"Ağakişi müəllimin bu günlərdə 90 yaşı tamam oldu. Çox təəssüf ki, 90 illik yubileyini görmək ona qismət olmadı. Mənə həmişə deyirdi ki, "sən narahat olma, mən 90 yaşıma kimi yaşayacam, qalanı da Allah nə ömür versə, bəsimdir". Əslində onun sözlərinə inanırdım, çünki Ağakişi müəllim özünə baxan insan idi, sağlam qalmışdı. Amma teatrdan uzaqlaşdırılması, universitetdəki işindən çıxarılması təəssüf ki, ona çox pis təsir etdi, səhhətində böyük problemlər yaratdı. Sonu da gəldi çox pis nəticələndi. Ağakişi müəllim bir yaradıcı, öz sənətinə vurğun adam kimi bu vəziyyətə dözə bilmədi. Düzdür, bizə bildirməsə də, hiss edirdim ki, o içindən çox çəkir. Bu da onun xəstəliklərini çoxaltdı, sonra da insult oldu və sonu gəldi. Mən şəxsən fikirləşirəm ki, yaradıcı insanlarla bir az ehtiyatlı davranmaq lazımdır. Həyatını, ömrünü teatra həsr edən bir adamı birdən-birə teatrdan uzaqlaşdırmaq, bir pedaqoq kimi işini bilən adamı universitetdən çıxarmaq mənə elə gəlir ki, heç düzgün bir iş olmadı".

 

Bunu Moderator.az-a açıqlamasında mərhum sənətkar, görkəmli rejissor, xalq artisti Ağakişi Kazımovun həyat yoldaşı əməkdar artist Mehriban Abdullayeva deyib.

 

O daha sonra əlavə edib:

 

"Əslində ondan istifadə etmək lazım idi. Ağakişi müəllim çox gözəl tələbələr yetişdirirdi. Onun yetişdirmələri indi də səhnədədirlər, seriallara çəkilirlər. Ağakişi müəllimin özünəməxsus yaradıcılığı, heç kimə bənzəməyən iş prosesi var idi. Hər kəs onun məşqlərindən böyük həzz alıb gedirdi. Onun hər tamaşası tamaşaçıya böyük bir mesaj idi. Ağakişi müəllimin yaradıcılığından çox danışmaq olar. Danışdıqca qurtarmaz. Mənə elə gəlir ki, onun ürəyində çox arzuları yarım qaldı. 90 illik yubileyində Sumqayıt Dövlət Dram Teatrından başqa onu heç bir teatr yada salmadı. Hərçənd elə bir teatr yoxdur ki, orada imzası olmasın. Məncə bu Ağakişi müəllimə qarşı böyük haqsızlıqdır", - deyə əməkdar artist bildirib.

 

Mehriban Abdullayeva Ağakişi Kazımovun son günlərini belə xatırlayıb:

 

"Hər zaman deyirdi ki, "birdən mənə nəsə olsa heç vaxt qorxma, məni təmtəraqla sən yola salacaqsan, kişi kimi arxamda durub bu işləri görməlisən". Deyirdim ki, mənə elə söz demə, heç vaxt bunu bacarmaram. Elə bilirdim zarafatca deyir bu sözləri. Son vaxtlar danışmırdı, fikrini aydın deyə bilmirdi. Nəsə deyirdi, amma başa düşə bilmirdim. Ölümündən bir gün əvvəl çox narahat idi, nəsə demək istəyirdi amma deyə bilmirdi. Qəfildən dili açıldı və dedi ki, "deyəsən mən ölürəm axı". Dedim ki, o nə sözdür? Elə şeylər fikirləşmə! Sən məni tək qoyub, hara gedəcəksən?! Gözlərini açdı, mənə baxdı və yumdu. Axşam saat 10 olardı, mənə dedi ki, oturmaq istəyirəm. Çünki bir həftə idi ki, yataq şəraitində idi, oturmağa halı yox idi. Elə bil mənə yalvarırdı ki, oturmaq istəyirəm. Gücüm çatmadı onu otuzdurmağa. Dedim ki, səhər adam tapıb, səni birtəhər otuzduraram. Səhərə kimi sakitcə uzandı. Günorta saat 2 idi ki, artıq dünyasını dəyişdi. Peşmananam ki, onu otuzdura bilmədim, bəlkə də bu onun son arzusu idi?", - deyə aktrisa bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:48

"Sumqayıt Toxucu-Tikiş" 60 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 14:58

Sumqayıtda sabah leysan gözlənilir

Bütün xəbərlər
Bu gün, 14:12

Sumqayıtlı Osman Xaliyevə mühüm vəzifə verildi

Bütün xəbərlər
Bu gün, 13:59

400 ailənin yaşadığı "Stansiya Sumqayıt" çirkab sulara qərq olub

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Sumqayıtda REAL TƏHLÜKƏYƏ çevrilən yataqxana

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda qətllə nəticələnən görüşün pərdəarxası – 18 il həbs

Bütün xəbərlər
Bu gün, 11:31

Tədris ilinin başlaması ilə bağlı iki qurumdan birgə məlumat

Bütün xəbərlər
Bu gün, 10:53

Heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq edəcək

Bütün xəbərlər
Bu gün, 10:04

Füzulidə yüksəklik və kəndlərin alınmasında rolu olan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:17

Sumqayıta bu gün yağış yağa bilər

Bütün xəbərlər
05 sentyabr 2026, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
05 sentyabr 2026, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
05 sentyabr 2026, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
05 sentyabr 2026, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
05 sentyabr 2026, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

İdman
05 sentyabr 2026, 12:10

DİN: Ölkə üzrə 60 cinayət açılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 11:10

Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə

İdman
05 sentyabr 2026, 10:30

"Sabah" "Barselona"nı bu stadionda QƏBUL EDƏCƏK

Bütün xəbərlər
05 sentyabr 2026, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
04 sentyabr 2026, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Oxşar xəbərlər