"Stansiya Sumqayıt" kimi tanınan yaşayış massivində kanalizasiya problemi narahatlıq doğurur.
Sakinlərin sözlərinə görə, 400 ailənin yaşadığı Şəfəq küçəsində kanalizasiya sularının əraziyə yayılması səbəbindən binanın həyətinə çıxmaq, ərazidə normal hərəkət etmək belə mümkün deyil.
Qeyd olunub ki, xüsusilə isti havada ətrafa yayılan üfunət və çirkab sakinlərin sağlamlığı üçün ciddi təhlükəyə çevrilib.
Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
Ətraflı "Xəzər Xəbər"in süjetində.