top
Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə
05 sentyabr 2026, 11:10
- ↺ +

Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt" klubunun əcnəbi futbolçularına şəhər və sumqayıtlılar haqqında suallar verdik.

Sumqayit24.az legionerlərdən Sumqayıtı necə tanıdıqlarını, şəhər və sakinləri haqqında hansı təəssüratlarının yarandığını, həmçinin yerli mətbəxdən hansı yeməkləri bəyəndiklərini soruşub.

Cavablar isə maraqlı olub.

Pakistan millisinin üzvü, "Sumqayıt"ın müdafiəçisi İsa Suliman şəhər sakinlərini üç sözlə qonaqpərvər, dözümlü və sadə kimi xarakterizə edib.

O bildirib ki, Sumqayıta gəldiyi ilk gündən insanların səmimi və yardımsevər münasibətini hiss edib:

"Mən başqa ölkədən və fərqli mədəniyyətdən gələn biri kimi insanların həqiqətən mehriban və kömək etməyə hazır olduğunu hiss etdim. Sumqayıtın güclü zəhmətkeş xarakteri var. Burada insanların çalışqan və şəhərləri ilə qürur duyduqlarını hiss etmək mümkündür. Ən çox diqqətimi çəkən isə insanların sadəliyi və səmimiyyəti oldu. Heç kim sizə özünü göstərməyə çalışmır, əksinə, sizi özlərindən biri kimi qəbul edirlər".

İsa Sulimanın diqqətini çəkən məqamlardan biri isə çay süfrələri olub:

"Hamı çay içməyi sevir. Mən də bunu xoşlayıram. Məşqlərdən sonra komanda yoldaşlarım ilə oturub çay içmək və söhbətləşmək xoşuma gəlir".

Serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç isə Sumqayıt sakinlərini yardımsevər, mehriban və təvazökar adlandırıb.

"Mənə görə, Sumqayıt sakinlərini üç sözlə təsvir etsək, bunlar yardımsevər, mehriban və təvazökar olar. Nəyə ehtiyacım olsa və ya bilmədiyim bir şey haqqında soruşsam, insanlar mənə kömək etməyə və izah etməyə hazırdırlar. Onlar ünsiyyətcildirlər və burada asanlıqla yaxşı dostluqlar qurmaq mümkündür. Həm də çox təvazökardırlar. Bunu necə izah edəcəyimi bilmirəm, amma ümumilikdə Azərbaycan insanları haqqında təəssüratım belədir".

Aleksa yerli yeməklərdən ən çox qutabı bəyəndiyini deyib. O, həmçinin Azərbaycanda futbola və "Sumqayıt"a olan marağın gözlədiyindən daha böyük olduğunu vurğulayıb:

"Burada çoxlu yeməklərin dadına baxmışam, amma deyərdim ki, ən çox qutabı bəyəndim. Həmçinin bilmirdim ki, burada futbola bu qədər maraq var və "Sumqayıt"ı sevən bu qədər azarkeş mövcuddur. Bu, məni təəccübləndirdi və mən bunu çox sevirəm".

Ukraynada doğulan, əslən azərbaycanlı olan Emil Mustafayev isə Sumqayıt sakinlərini mehriban, qonaqpərvər və sadə adlandırıb:

"Sumqayıtı və onun sakinlərini üç sözlə təsvir etsəm, bunlar mehriban, qonaqpərvər və sadə olardı. İnsanlar burada çox səmimidirlər, bir-birlərinə kömək etməyə çalışırlar. Əgər Sumqayıta ilk dəfə gəlmisənsə, əmin ola bilərsən ki, ac qalmayacaqsan. Səni mütləq süfrəyə dəvət edib qonaq edəcəklər. Burada insanlar əlavə pafosdan uzaqdır, bir-birlərinə hörmət edir və səninlə rahat ünsiyyət qururlar".

Emil yerli mətbəxdən konkret bir yemək seçməsə də, Azərbaycanı dadlı ət və kababla əlaqələndirdiyini deyib.

Braziliyalı yarımmüdafiəçi Lukas Blek isə sumqayıtlıları qonaqpərvər, mehriban və ölkəsinə bağlı insanlar kimi təsvir edib:

"Buradakı insanlar qonaqları çox yaxşı qarşılayırlar. Həmçinin çox nəzakətli və ölkələrinə bağlıdırlar. Bu da şəhərə və ölkəyə uyğunlaşmağımı xeyli asanlaşdırır".

Cəmi bir ay əvvəl Sumqayıta gəldiyini deyən Lukası yerli mətbəxdə ən çox çörəklərin fərqliliyi təəccübləndirib:

"Sumqayıta düz bir ay əvvəl gəlmişəm. Burada əsas diqqətimi çəkən məqamlardan biri çörəklərin Braziliyadakından fərqli olmasıdır. İnsanların çörəyə çox üstünlük verdiyini də hiss etmişəm".

Komandanın braziliyalı hücumçusu Jeam Oliveira isə Sumqayıtı gözəl şəhər, sakinlərini isə çox isti və mehriban insanlar kimi xarakterizə edib:

"Sumqayıt çox gözəl şəhərdir, sakinləri isə çox istiqanlıdır. Getdiyimiz yerlərdə bizi çox yaxşı qarşılayırlar. Hər gün uşaqlar bizi görəndə çox sevinirlər. Bu, mənim diqqətimi xüsusilə çəkdi. Belə qarşılanmalardan çox xoşum gəlir".

Jeam üçün Azərbaycandakı yemək vərdişlərindən biri də maraqlı olub:

"Məni təəccübləndirən odur ki, burada demək olar, bütün yeməklərin yanında şokolad, çörək və bəzən də çay olur. Bu, Braziliyada o qədər də adi deyil. Ona görə də mənə bir az təəccüblü görünsə də, xoşuma gəldi".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər