Binəqədi rayonunda Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində aparılan təmir işləri səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.
Yaranan iflic vəziyyət sürücüləri və xüsusən də Xırdalan, Masazır, Sumqayıt istiqamətində hərəkət edənlərin işini çətinləşdirib.
Sumqayit24.az-ın əməkdaşı təmirin nə vaxt bitəcəyini öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfl ilə saxlayıb. A.Nəcəfli açıqlamasında təmir işlərinin sentyabrın 7-də, bazar ertəsi günü yekunlaşacağını bildirib.