top
Metroda qatarların hərəkət intervalı dəyişdiriləcək
04 avqust 2026, 16:00
- +

Metroda qatarların hərəkət intervalı dəyişdiriləcək

"Bakı metropoliteni qatarların hərəkət intervalında da dəyişiklik edəcək".

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, avqustun 15-dən "İçərişəhər" - "Əhmədli", noyabr ayından isə "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində qatarlar 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcəklər:

"Bunun üçün "İçərişəhər" stansiyasında əlavə texniki və təşkilati tədbirlər görülüb. "Dərnəgül" - "Nizami" istiqamətində isə interval 3 dəqiqə 30 saniyə olacaq.

Xətlərin ayrılması layihəsinin təxminən 10-11 ay davam edəcəyi bildirilir. Layihə başa çatdıqdan sonra "yaşıl xətt" üzrə "Dərnəgül" - "Nizami" - "Cəfər Cabbarlı", "qırmızı xətt" üzrə isə "İçərişəhər" - "Həzi Aslanov" marşrutu ilə tam müstəqil hərəkət təşkil ediləcək.

Metroda yaranacaq dəyişiklikləri kompensasiya etmək məqsədilə yerüstü ictimai nəqliyyat gücləndiriləcək. İlkin mərhələdə 6 ekspress avtobus marşrutunun təşkili nəzərdə tutulur. Bu marşrutlar "yaşıl xətt" üzərində yerləşən əsas stansiyaları - "20 Yanvar", "Elmlər Akademiyası", "İnşaatçılar" və "Nizami" stansiyalarını "28 May", "Gənclik" və "Koroğlu" istiqamətləri ilə əlaqələndirəcək. Eyni zamanda mövcud avtobus marşrutlarına əlavə nəqliyyat vasitələri cəlb ediləcək.

Rəsmilər ekspress avtobusların ödənişli olacağını bildiriblər. Tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur və avtobuslardan qüvvədə olan ödəniş qaydaları ilə istifadə ediləcək.

Qeyd olunub ki, "28 May" - "Nizami" arasında birbaşa avtobus əlaqəsinin metrodakı sərnişin axınını tam əvəz etməsi texniki baxımdan mümkün deyil. Belə ki, bir metro qatarı təxminən 1600 sərnişin daşıyır və eyni həcmdə sərnişinin avtobuslarla daşınması üçün qısa müddətdə onlarla iri tutumlu avtobus tələb olunur. Mövcud yol infrastrukturu buna imkan vermədiyindən sərnişin axınının müxtəlif ekspress və müntəzəm avtobus marşrutları vasitəsilə bölüşdürülməsi planlaşdırılır.

B.Məmmədov deyib ki, ekspress avtobusların dəqiq marşrutları, dayanacaqları, hərəkət intervalları və digər təfərrüatlar barədə məlumatlar avqustun 15-dək ictimaiyyətə təqdim olunacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Oxşar xəbərlər