Sumqayıtda təşkil olunan Milli Kitab Sərgisində satışa 100 mindən artıq kitab təqdim edilib. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən yazır.
“Kimyaçı” Mədəniyyət Sarayının önündə iki gün davam edən sərgidə 30-dan artıq nəşriyyat və 10-dan çox Kitab evi iştirak ediblər. Burada alıcılar üçün 50%-dək endirim tətbiq olunub.
Qeyd edək ki, sərgidə "Qarabağa kitabla gedək” stendində işğaldan azad olunan regionlarımızda yaradılacaq kitabxanalar üçün kitablar toplanılıb.
[modula id="15067"]