top
Nizami meydanı: Palatkalar getdi, amma suallar qaldı!
05 yanvar 2026, 17:25
- +

Nizami meydanı: Palatkalar getdi, amma suallar qaldı!

Sizə haradan xəbər verim, nəydən danışım, Sumqayıtın mərkəzindən. Bir ilə yaxındır ki, şəhərin mərkəzindəki Nizami meydanında qanunsuz quraşdırılan ticarət piştaxtaları yerli sakinləri zara gətirmişdi. Parkın düz ortasında quraşdırılan, 1990-cı illərin "talkuçkası"nı xatırladan bu ticarət köşkləri ilə bağlı şikayət axır ki, bizim redaksiyaya da gəlib çıxdı.

 

Jurnalistlər tərəfindən məsələ işıqlandırıldı, sosial şəbəkələrdə geniş rezonans doğurdu. Birdən nə olsa yaxşıdı? Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul qurumu dərhal, operativ şəkildə, ildırım sürətilə hərəkətə keçdi. Qısa müddət ərzində "palatkalar" söküldü, meydanın korlanan mənzərəsi özünə qaytarıldı, ərazidən keçənlərin canı rahatlığa çıxdı. Hələ bir də ildırım sürətli əməliyyatın ardınca da açıqlama verilib ki, bəs nə imiş, quraşdırılan ticarət köşkləri qeyri-qanuni imiş.

 

Vallah, billah bu açıqlamanı oxuyanda əlim üzümdə qaldı, başımdakı 4-5 tük biz-biz oldu. A kişi, adamlar işləyir dəə. Adamlar operativ rekasiya verir, hələ üstəlik açıqlama da verirlər.  İlk baxışdan belə görünür deyilmi? Amma di gəl ki, medalyonun başqa üzü də var. Çünki bu açıqlama və ABŞ xüsusi təyinatlılarını sürətinə görə kölgədə qoyan bu "əməliyyat" bir sıra suallar ortaya çıxarır. Birincisi, balam, Nizami parkı bəyəm Sumqayıtın gediş-gəliş olmayan, gözdən-könüldən iraq ərazisidir ki, bir ilə yaxındır heç bir rəsmi qurumun əməkdaşı məsələdən xəbərdar deyil? Yaxşı, Sumqayıt boyda şəhərdə o qədər rəsmi qurum var, onların heç birinin əməkdaşı ayanda-sayanda bir dəfə də olsun yolunu bu günə qədər Nizami parkına salıb, oradakı mənzərədən hali deyildi?

 

Lap bunları da qoydum kənara, axı bu narazılıq ilk olaraq sosial şəbəkələrdə yayılıb, bu qurumların, İcra hakimiyyətinin sosial şəbəkələri monitorinq edən mətbuat xidməti yoxdur? Bildiyim qədəri ilə, mətbuatla əlaqəli bir şöbə olmalıdır. Yaxşı, varsa, niyə monitorinq edib şikayətləri, narazılıqları vaxtında görüb reaksiya vermirlər? İşlərinin, güclərinin adı nədir? Hörmətli İcra başçısının iştirak etdiyi tədbirlərdə çəkilən şəkilləri paylaşmaq? Yoxsa belə fotoları internet resursunda görəndə like atəşinə tutmaq?

 

Əzizlərim, Sumqayıt ölkənin ikinci böyük şəhəridir və turizm potensialı var. Belə bir şəhərə biganə yanaşmaq heç vicdandandır? Nə vaxta qədər problemlər, şikayətlər bizim vasitəmizlə işıqlandırılacaq və siz reaksiya verəcəksiniz? Bəlkə bir dəfə də biz problemə və şikayətə anında reaksiya verən qurumdan yazaq? Bu arzumuzu ürəyimizdə qoymayın. Axı, 2026-cı ildir, yeni ilə yeni arzularla girmişik.

 

Qalib İmanoğlu

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Oxşar xəbərlər