Novxanıda dəniz suyundan nümunələr götürülüb. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində İctimaiTV-yə istinadən xəbər verir.
Gigiyena və epidemiologiya mərkəzinin əməkdaşlarının götürdükləri nümunələr kimyəvi, baktereoloji, toksikoloji və radioloji müayinələrdən keçiriləcək. Bunun məqsədi isə dəniz suyunun çirklənmə mənbələrini aşkar etməkdir.
Qurumun şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, dəniz suyundan və sahil zolaqlarındakı qumdan götürülən nümunələrin müayinə nəticələri 3-5 gündən sonra ictimaiyyətə açıqlanacaq.