top
Ölkənin ən uğurlu məktəbi boş və təmirsiz qalıb - Sumqayıtda gimnaziyadan şikayət
Video
06 avqust 2026, 18:00
- +

Ölkənin ən uğurlu məktəbi boş və təmirsiz qalıb - Sumqayıtda gimnaziyadan şikayət

Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın hazırkı vəziyyəti ilə bağlı şikayət var.

Sumqayit24.az-a bu barədə şəhər sakinləri məlumat veriblər. 

Onların iddiasına görə, məktəb binası təxminən bir il əvvəl təmir məqsədilə bağlansa da, bu müddət ərzində binada heç bir iş aparılmayıb və məktəbin boşaldılmasından sonra şagirdlər müxtəlif təhsil müəssisələrinə yerləşdiriliblər: 

"Məktəbin binası boşaldılıb, şagirdlər müxtəlif məktəblərə köçürülüb, lakin heç bir təmir işi həyata keçirilməyib. Bəzi şagirdlər mövcud şəraitə görə təhsilə marağını itirib. Sumqayıtın ən uğurlu məktəblərindən biri hesab olunan bu təhsil ocağının hazırkı vəziyyəti ciddi narahatlıq doğurur".

Məlumat üçün bildirək ki, gimnaziya bu il yeganə 700 bal toplayan məzunu yetişdirib və buraxılış imtahanı üzrə ölkənin ən yüksək nəticə göstərən məktəbləri sırasında ilk yeri tutub.

Qeyd olunan yüksək nailiyyətlər fonunda məktəbin uzun müddət təmirsiz və istifadəsiz qalması sakinlərin narahatlığını daha da gücləndirir. 

Məsələ ilə bağlı Sumqayit24.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsi açıqlama verib. 

Qeyd olunub ki, qurumun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binalarının tikilməsi və mövcud binaların təmir olunması əsas prioritetlərdəndir. İdarə tərəfindən təhsilalanların təhlükəsizliyi və keyfiyyətli təhsil mühitinin təmin olunması daim diqqət mərkəzində saxlanılır: 

"Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın yerləşdiyi tarixi bina dövlət tərəfindən mühafizə edilir. Bu səbəbdən binanın yenidən qurulması xüsusi prosedurlar əsasında mərhələli şəkildə həyata keçirilməlidir. Bildiririk ki, gimnaziya üçün yeni binanın tikintisi nəzərdə tutulur və yaxın müddətdə bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi planlaşdırılır. Yenidənqurma işləri tədris və yaradıcılıq mühitinin yaxşılaşdırılmasına xidmət edir. 

Tədris prosesinin təşkili ilə bağlı qeyd edirik ki, gimnaziyanın şagirdləri müvəqqəti olaraq iki təhsil müəssisəsinə - İstedad Liseyi və 15 nömrəli tam orta ümumi təhsil məktəbinə yerləşdiriliblər. 2025-2026-cı tədris ilində onların tədris prosesi fasiləsiz şəkildə təşkil olunub və uğurla başa çatıb".






Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Dünən, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Oxşar xəbərlər