Sumqayıtda ümumi çəkisi 4620 kq olan istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib. Sumqayıt24 bu haqda Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Təhlükəli Tullantılar” MMC-nin poliqonunda utilizasiyadan keçən un və un məmulatları, dənli-paxlalı bitkilər və süd məhsulları “Siren Trading” MMC-yə məxsus idi.