top
Polisdən bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ
01 avqust 2026, 16:15
- +

Polisdən bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərləri ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib.

İdarədən verilən məlumata görə, həftəsonu ilə əlaqədar bölgələrə gedənlərin sayının artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir.

"Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında müəyyən edilməmiş hissədən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Yolu yalnız müəyyən olunmuş yerlərdən keçmək, keçməzdən əvvəl sürücülərlə vizual təmas yaratmaq və təhlükəsizliyə əmin olduqdan sonra hərəkəti davam etdirmək həyati əhəmiyyət daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırır", - deyə qurum qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Oxşar xəbərlər