top
Qan xərçənginə ən çox rast gəlinən ərazilər arasında Sumqayıt da var
Bu gün, 15:14
- ↺ +

Qan xərçənginə ən çox rast gəlinən ərazilər arasında Sumqayıt da var

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərbaycanda qan xərçənginə (xroniki mieloid leykoz (XML) daha çox Abşeron-Bakı-Sumqayıt istiqamətində rast gəlinir". 

Məlumata görə, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədovun "Azərbaycanda xroniki mieloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" adlı tədqiqatını "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransda təqdim edərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda xroniki mieloid leykozun epidemioloji və klinik portretini qiymətləndirmək məqsədilə 2008–2023-cü illəri əhatə edən 16 illik milli kohort üzrə geniş epidemioloji tədqiqat aparılıb:

"Tədqiqatın nəticələrinə görə, Azərbaycan kohortunun özünəməxsus xüsusiyyətlərindən biri xəstələrin cins üzrə paylanması ilə bağlı olub. Beynəlxalq epidemioloji məlumatlarda XML-in kişilər arasında daha çox müşahidə olunduğu göstərilsə də, Azərbaycan kohortunda qadınlar 54 %, kişilər isə 46 % təşkil edib. Xəstələrin yaş üzrə paylanmasında ən yüksək göstərici 50–59 yaş qrupunda müşahidə edilib. Xəstələrin 72 %-i isə 30–69 yaş intervalına aid olub".

Mütəxəssis qeyd edib ki, bu göstəricilər xəstəliyin yalnız tibbi deyil, sosial və iqtisadi əhəmiyyətini də ortaya qoyur:

"Çünki xəstələrimin böyük bir hissəsi əmək qabiliyyətli, ailə və cəmiyyət qarşısında aktiv sosial funksiyaları olan insanlardır. 2008–2023-cü illər ərzində Azərbaycanda XML-in qeydə alınmış insidensi hər 100 min nəfərə 0,31-dən 0,86-ya yüksəlib. Eyni dövrdə prevalens 99 xəstədən 1 219 xəstəyə qədər artıb. Bu, təxminən 12 dəfə artım deməkdir. Bəs bu rəqəmlər xəstəliyin daha geniş yayılmağa başladığını göstərirmi? Mütləq şəkildə yox. İnsidensin artmasında diaqnostik imkanların genişlənməsi, xəstələrin ixtisaslaşdırılmış mərkəzlərə daha çox müraciət etməsi və qeydiyyat sisteminin təkmilləşdirilməsi mühüm rol oynaya bilər. Prevalensin artması isə başqa bir mühüm prosesi əks etdirir: xəstələr daha uzun yaşayırlar".

Aytən Şirinova tədqiqata istinadən deyib ki, xəstələrin coğrafi paylanması araşdırılarkən əsas xəstə yükünün Abşeron–Bakı–Sumqayıt istiqamətində cəmləşdiyi müşahidə edilib.

Mənbə: Report.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:34

SDU məzunu Qubada məktəbə direktor təyin edildi

Bütün xəbərlər
Bu gün, 16:27

Sumqayıtda marketdə satılan pendirdə kif aşkarlandı?  - İDDİA

Bütün xəbərlər
Bu gün, 16:04

Quşxana və tövlələrlə bağlı yeni qaydalar təsdiqləndi

Bütün xəbərlər
Bu gün, 15:56

Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırma imtahanının vaxtı dəyişdirilib

Bütün xəbərlər
Bu gün, 15:51

Sumqayıt sakini DOST mərkəzlərinin 5 milyonuncu vətəndaşı oldu

Bütün xəbərlər
Bu gün, 14:34

Azərbaycan və Dünya çempionu olmuş şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:54

Kamran Əliyev Sumqayıtda qəbul keçirəcək

Bütün xəbərlər
Bu gün, 13:14

70 yaşlı sumqayıtlı jurnalist təltif olundu

Bütün xəbərlər
Bu gün, 12:34

Novxanı-Xırdalan avtobusu çuxura düşüb

Bütün xəbərlər
Bu gün, 11:54

Sumqayıtda ev sahibi ilə keçmiş məcburi köçkün arasında GƏRGİNLİK

Bütün xəbərlər
Bu gün, 11:14

55 nömrəli avtobusdakı problem həll olunacaq? - AYNA-dan AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:34

Sumqayıtda körpələrin eşitmə sağlamlığı diqqət mərkəzindədir

İdman
Bu gün, 09:54

"Sumqayıt" klubuna və futbolçusuna AFFA-dan cəza

Bütün xəbərlər
Bu gün, 09:14

Sumqayıtın 7 nömrəli marşrutu: sərnişin daşıyırlar, yoxsa yük?

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Dünən, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Dünən, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Dünən, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Dünən, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Dünən, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Oxşar xəbərlər