Sumqayıt idmançısı qılıncoynatma üzrə ölkə birinciliyində uğurlu çıxış edib.
Sumqayit24.az xəbər verir ki, Bakı şəhərində keçirilən yeniyetmələr arasında qılıncoynatma üzrə ölkə birinciliyində David Damətov da (sablya) iştirak edib.
İdmançımız yarışda yüksək nəticə göstərərək gümüş medal qazanıb.
Qeyd edək ki, David Damətovun məşqçisi Xalid Əsədovdur.