"Sumqayıt" futbol klubu cəzalandırılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasının XII turunda "Sumqayıt" – "Sabah" matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. "Sumqayıt" klubu isə 500 manat cərimə olunub.