top
Sumqayıtın 7 nömrəli marşrutu: sərnişin daşıyırlar, yoxsa yük?
Video
Bu gün, 09:14
- ↺ +

Sumqayıtın 7 nömrəli marşrutu: sərnişin daşıyırlar, yoxsa yük?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 7 nömrəli marşrut xəttindən istifadə edən sərnişinlərin şikayətləri nəqliyyat xidmətinin hansı vəziyyətdə olduğunu açıq göstərir. İnsanlar avtobusa minəndə mənzil başına rahat çatmağı yox, heç olmasa sağ-salamat düşməyi düşünürlər.

Sıxlıqdan danışan bir sərnişinin şikayəti vəziyyəti bəlkə də ən yaxşı ifadə edir: "O qədər sıxlıq olur ki, dünən öz cibimə girib pul götürmək əvəzinə başqasının cibinə girmişəm". Başqa bir sərnişin isə vəziyyəti daha sərt təsvir edir: "Sərnişin yox, elə bil kartof-soğan kisələri daşıyırlar". Bu, artıq adi narazılıq deyil. İnsanlar avtobuslarda normal hərəkət etmək, nəfəs almaq, rahat dayanmaq imkanından belə məhrum olduqlarını bildirirlər.

Amma problem təkcə sıxlıqla bitmir. Şikayətlərin ən ciddi hissəsi sürücülərin davranışı ilə bağlıdır. Sərnişinlər qırmızı işıqda keçmən, sükan arxasında telefonla danışan, yüksək səslə musiqi qoşan, siqaret çəkən və sərnişinlərin yanında söyüş söyən sürücülərdən də şikayətlənirlər. Bəziləri sürücülərin avtobusu yolun ortasında saxladığını, sərnişinləri də elə həmin yerdə düşürdüyünü bildirir. Belə idarəçilikdə sərnişinin təhlükəsizliyi kimin yadına düşür?

Marşrutun hərəkət qaydaları ilə bağlı da ciddi iradlar var. Sərnişinlərin sözlərinə görə, bəzi avtobuslar dəmir yolu vağzalına və avtovağzala daxil olmur, müəyyən edilmiş istiqamətdən kənara çıxır, hətta digər marşrutların hərəkətinə mane olurlar. "Saxla" deyirsən, saxlamırlar" şikayəti isə xidmətin sərnişinə münasibətini göstərən başqa bir nümunədir.

Sürücülərin kobud rəftarı da narazılıqlar arasındadır. Sərnişinlər hesab edirlər ki, 7 nömrəli marşrutda sürücü seçiminə, peşəkarlığa və nəzarətə ciddi ehtiyac var. Əgər deyilənlər doğrudursa, burada sadəcə bir neçə sürücünün davranışından yox, bütöv marşrut xəttində nəzarət problemindən danışmaq lazımdır.

Maraqlı məqamlardan biri isə ödəniş sistemidir. Sərnişinlər Sumqayıtda da kartla ödəniş sisteminin tətbiqini istəyirlər. Onların fikrincə, başqa şəhərlərdə bu sistemə keçildiyi halda Sumqayıtın hələ də köhnə qaydada qalması ciddi suallar doğurur.

Bütün bu şikayətlərə cavab verməli olanlar var. Daşıyıcı şirkət və aidiyyəti qurumlar 7 nömrəli marşrutdakı vəziyyətə göz yummaq əvəzinə konkret addımlar atmalıdırlar. Çünki avtobus sürücüsünün sükan arxasında necə davranması şəxsi məsələ deyil, onlarla insanın həyatına təsir edən məsuliyyətdir.

Sərnişin kartof-soğan kisəsi deyil. Pulunu ödəyib avtobusa minən insan normal xidmət və təhlükəsizlik tələb edir. 7 nömrəli marşrutda isə sərnişinlərin şikayətlərinə baxanda görünən odur ki, bu sadə tələb hələ də təmin olunmur.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Dünən, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Dünən, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Dünən, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Dünən, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 15:15

Az sayda avtobus, yarımçıq qalan işlər - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Dünən, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Bütün xəbərlər
Dünən, 13:15

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:35

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Bütün xəbərlər
Dünən, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Dünən, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Dünən, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Dünən, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
24 noyabr 2026, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
24 noyabr 2026, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
24 noyabr 2026, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
24 noyabr 2026, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
24 noyabr 2026, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Oxşar xəbərlər