Sumqayıtda şair - publisist Qaratel Azərinin şeirlər kitabının təqdimatı olub. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində DünyaTV-yə istinadən xəbər verir.
Vətənpərvərliyə həsr olunmuş “Gözlərimə sənsizliyi öyrətdim" adlı kitabın təqdimat mərasimi “Poeziya evi”ndə keçirilib. Burada şəhid, qazi və Prezidentə aid şeirlər səsləndirilib.
Qeyd edək ki, Qaratel Azəri Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvüdür.