top
Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ
24 iyul 2026, 11:57
- +

Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir".

Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin, isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır:

"Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkar edilən qüsurlar dərhal aradan qaldırılmalı, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Habelə, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahətə yollanan vətəndaşlar nəzərə almalıdırlar ki, meşədə ocaq yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, ocağın ətrafındakı otlar 0.5-1 metr radiusda təmizlənməlidir.

Qalanmış ocaq nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada ocaq qalamaq qadağandır".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Oxşar xəbərlər