H.Z. Tağıyev qəsəbəsində şəhidlərin adını əbədiləşdirmək üçün xatirə kompleksi inşa edilib. Sumqayıt24-ə bu haqda oxucular məlumat verib.
Kompleks Mikayıl Müşfiq küçəsində yerləşən Şəhidlər parkında qoyulub. Burada 16 qəhrəman şəhidimizin şəkilləri əks olunub. Onların arasında həmçinin, şəhid-jurnalist Sirac Abışovun da şəkli var.
Xatırladaq ki, parkda bir müddət əvvəl abadlıq işləri aparılmışdır.