Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 25-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Temperatur gecə 22-26°, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 40-50% olacaq.