Sumqayıtda mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 23-28° isti olacaq.