top
Sabah taksi və yükdaşıma sürücüləri üçün imtahan keçiriləcək
05 avqust 2026, 12:40
- +

Sabah taksi və yükdaşıma sürücüləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün 6 avqust 2026-cı il tarixində imtahan keçirəcək.

Sumqayit24.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak etmək üçün ümumilikdə 1840 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə keçiriləcək.

İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur və 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdirilir.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

Namizədlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanda taksi minik avtomobillərinin sürücüləri üçün avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 15, sürücülərin etik davranışına dair 5 olmaqla, ümumilikdə 20 tapşırıq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücülər üçün isə peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 tapşırıq təqdim olunur. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.

İştirakçılar "Yaddaş kitabçası" ilə buradan tanış ola bilərlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Oxşar xəbərlər