Sumqayıtda aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-14° isti olacaq.