İyunun 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 18-21°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-45% təşkil edəcək.