Sumqayıtda yaşayan sağlamlıq imkanları məhdud uşaqların avtobus problemi həll olunub. Sumqayıt24 bu haqda 17 may tarixində Sosial.gov.az-a istinadən xəbər verir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb. Nəqliyyat vasitəsi Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsində təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Məqsəd həmin uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır. İlkin mərhələdə xidmət tələbata uyğun olaraq müəyyən edilmiş marşrutlar üzrə həftədə iki dəfə təşkil edilir.